Mazolu bir gündə sağaldan -TƏBİİ ÜSULLAR
Bizi izləyin

Səhiyyə

Mazolu bir gündə sağaldan -TƏBİİ ÜSULLAR

Mazol daha çox ayaqlarda meydana gələn sərt təbəqədir.

Publika.az sizi bu problemdən xilas edəcək geniş yayılan ən sadə üsulları təqdim edir.

Aspirin

Bir neçə damcı suyun içərisinə bir neçə ədəd aspirin ataraq qarışdırın. Mazolun üzərinə bu qarışıqdan sürtüb gecə boyunca saxlayın. Bu proses mazol yox olana qədər tətbiq edilir.

Əncir

Yaşıl, dəyməmiş əncir suyu əllər və ayaqlardakı mazollar üçün çox təsirlidir. Müalicə üçün yaşıl əncirin suyu sıxılır və gündə 3 dəfə mazol olan bölgəyə vurulur. Evdə tətbiq edəcəyiniz bu təbii üsul nəinki mazolu yox edəcək, həmçinin bir daha meydana gəlməsinin qarşısını alacaq.

Qeyd: Təqdim etdiyimiz bu üsullar alternativ tibb metodlarıdır. Əks təsirin yaranmaması üçün tətbiq etməzdən əvvəl həkimə müraciət etməlisiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm