• USD 1,7000 0,00% EUR 1,9904 -0,49%
    • GBP 2,2726 -0,37% RUB 0,0277 0,00%

“İlkin müdaxilə” və “İlkin tibbi yardım” anlayışlarının fərqi nədədir?

  • Səhiyyə
  • 2 Sentyabr 2017 04:55
  • 488 Baxış
“İlkin müdaxilə” və “İlkin tibbi yardım” anlayışlarının fərqi nədədir?

Günümüzdə xəstəxanadan kənar qəfləti ölümlərin əsasında ilkin tibbi müdaxilənin olmaması əksəriyyət təşkil edir. Bununla yanaşı istər xəstəxanaya qədər olan zamanın uzanması, istərsə də bu zaman heç bir müdaxilənin olmaması ağırlaşmalar, həyati təhlükələrə və sağalma baxımından gecikmələrə, bəzən isə xəstənin itirilməsinə gətirib çıxarır.

Publika.az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qəbul şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi, kardioloq Afiyəddin İsgəndərov ATU-nun mətbuat xidmətinə məlumat verib.

Həkim deyib: “İlkin tibbi yardım 2015-ci ildə Avropa Resustasiya Cəmiyyəti tərəfindən kəskin bir xəstəlik və ya yaralanmalar zamanı yardımçı davranış və ilk tibbi müdaxilənin təşkili olaraq təsdiqlənib. Bəzən ilkin müdaxilə ilə ilkin tibbi yardım anlayışı eyniləşdirilir. Bu, heç də belə deyildir. İlkin müdaxilə bayılma, qanaxma, yanıqlar, travma, ürək dayanması kimi bir sıra hallarda həkimə qədər olan yardımdır. Bu yardım təlim almış, məlumatlı və həkimə qədər müdaxiləni bacaran istənilən şəxs tərəfindən göstərilə bilər. İlkin tibbi yardım isə peşəkar tibbi personal tərəfindən olunan yardımdır. Bura xəstənin dəyərləndirilməsi, ilkin diaqnozun qoyulması, ilkin tibbi yardım göstərilməsi və ehtiyac olduğu təqdirdə xəstənin ixtisaslaşmış müəssisəyə yerləşdirilməsi daxildir. Xəstənin növbəti mərhələdə yerləşdirilməsi çox vacib məsələdir. Belə ki, ixtisaslaşmış tibbi personalla təmin olunmuş müəssisəni müəyyənləşdirmək, razılıq almaq və qərar vermək üçün bəzən çox qısa, dəqiqələrlə ölçülən zamanımız olur”.

Həkim-kardioloq onu da qeyd edib ki, klinikada bütün terapevtik profilləri əhatə etməsi, reanimasiya, efferent terapiya, radiologiya, pediatriya şöbələrində peşəkar tibbi personalın növbəli şəkildə 24 saat fasiləsiz fəaliyyəti işin daha da effektiv olmasına böyük töhfə verir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>