Məktəblərdə bu xəstəliklərə qarşı tədbirlər gücləndirildi - ƏMR
Bizi izləyin

Səhiyyə

Məktəblərdə bu xəstəliklərə qarşı tədbirlər gücləndirildi - ƏMR

Səhiyə naziri Oqtay Şirəliyev “Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmr imzalanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci illərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.

Əmrə əsasən oktyabrın 15-dən noyabrın 15-dək respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara ( müxtəlif parazit qurdların-helmintlərin törətdiyi və əhali arasında, xüsusilə də uşaqlar arasında geniş yayılmış parazitar xəstəliklər) qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.

Sənəddə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün müvafiq təşkilatı işlərin görülməsi tapşırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm