Vitaminlərlə bağlı xəbərdarlıq - Zəhərlənə bilərsiniz! - VİDEO
Bizi izləyin

Səhiyyə

Vitaminlərlə bağlı xəbərdarlıq - Zəhərlənə bilərsiniz! - VİDEO

Havalar soyuduqda əksər insanlar immuniteti gücləndirmək məqsədi ilə vitamin qəbul edir. Mütəxəssislər bu məsələdə diqqətli olmağı tövsiyyə edirlər. Çünki vitaminlər də zəhərlənməyə və ağır fəsadlara səbəb ola bilər.

Publika.az bildirir ki, vitamin preparatları zəhərlənməyə səbəb ola bilər. Kiliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, ilin əvvəlindən bu günədək dərmandan zəhərlənmə ilə əlaqədar 112, dərman qəbulu zamanı yaranan kəskin allergik reaksiyalarla bağlı isə 46 nəfər mərkəzə müraciət edib. Şöbə müdiri deyir ki, havalar soyuduqda əksər insanlar immuniteti gücləndirmək məqsədi ilə vitamin qəbul edir. Vitaminlərin dozadan artıq qəbulu orqanizmdə fəsadlar yarada bilər.

Azər Maqsudov bildirir ki, vitaminlərin qəbulunda da həkim nəzarəti vəməsələhti vacibdir.

Preparatı qəbul etdikdən sonra hər hansı narahatlıq yaranarsa, bu zaman da mütləq həkimə müraciət edilməlidir.çünki vaxtında müdaxilə edilməmsi daha ağır nəticələrə səbəb ola bilər.

Mövzu ilə bağlı Xəzər TV-nin daha ətraflı videomaterialını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm