Aydın Qədirov: "Uğursuz əməliyyatlara görə həkimləri qınamaq olmaz"
Bizi izləyin

Səhiyyə

Aydın Qədirov: "Uğursuz əməliyyatlara görə həkimləri qınamaq olmaz"

Bu gün Bakı Sağlamlıq Mərkəzində (BSM) Ümumdünya Anestezioloq Günü ilə əlaqədar tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin baş anestizioloq-reanimatoloqu Aydın Qədirov və BSM-in anestezioloji şöbəsinin əməkdaşları iştirak ediblər.

A.Qədirov bildirib ki, son 10 ildə ölkədə yeni kadrların hazırlanması sahəsində uğurlu tədbirlər görülüb:

"İlk dəfə 1846-cı il oktyabr ayının 16-da Marton adlı diş həkimi tərəfindən xəstəyə efir narkozu verilərək boyun nahiyyəsindəki şiş çıxarılıb. Uğurla keçirilən əməliyyatdan sonra bu gün dünya səhiyyəsində də qeyd olunmağa başlayıb. Ölkəmizdə anestiziologiya-reanimatologiya sahəsində praktiki cəhətdən çox böyük nailiyyətlər əldə olunub. Bu gün respublikada elə bir tibb mərkəzi yoxdur ki, orada anestiziologiya-reanimatologiya şöbəsi olmasın".

Q.Aydın onu da qeyd edib ki, bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də uğurlu və uğursuz cərrahi proseslər olur. Lakin burada tibb işçilərini günahlandırmaq olmaz:

"Həkimlik çox çətin və məsuliyyətli peşədir. Cərrahi əməliyyatlarda hər zaman risk mövcuddur. Yalnız bu riski artıran ilkin səbəblərdən biri xəstələrin öz sağlamlıqlarına diqqət etməməsidir. Mən müxtəlif ölkələrdə keçirilən tədbirlərdə olmuşam və əminliklə deyə bilərəm ki, ökləmizdə bu sahədə yüksək səviyyəli xidmət mövcuddur. Ümumiyyətlə cərrahiyyə sahəsində əldə olunan bütün uğurlu nəticələrin əsasında anestiziologiya-reanimatologiya dayanır".

Doğum şöbəsinin anestiziologiya-reanimasiya şöbəsinin müdiri Rauf Yaradanquliyev deyib ki, bu gün əldə etdiyimiz uğurlu nəticələrin sayı daha da artır:

"Mərkəzimiz ən son texnologiyalara cavab verən avadanlıqlarla təchiz olunub. Bu günə qədər mərkəzimizə müraciət edən xəstələrin əməliyyata qədər bütün prosedurları ardıcıllıqla keçirildiyi üçün əməliyyatlar uğurla başa çatır. İstər normal doğuş, istərsə də keysəriyyə əməliyyatı ilə ana və körpə sağlam şəkildə normal palataya köçürülür."

Yeni doğulmuşların anestiziologiya-reanimasiya şöbəsinin müdiri Gilə Nəcəfova qeyd edib ki, uşaqların saxlanıldığı şöbələrdə bütün xırdalıqlara diqqət edilir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm