Məktəbdə müayinə aparılmadan şagirdlərə dərman paylanıldı - - VİDEO
Bizi izləyin

Səhiyyə

Məktəbdə müayinə aparılmadan şagirdlərə dərman paylanıldı - - VİDEO

Qurd əleyhinə olduğu deyilən tabletlərin aşağı sinif şagirdlərinə verilməsi valideynlərin narazılığına səbəb olub.

Publika.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, söhbət Ağdaşda, 3 saylı tam orta məktəbdə I-VI sinif şagirdlərinə helmintozlara qarşı verilən dərmanlardan gedir. Məktəbdə hər bir şagirdə 1 tablet darman verilib və bildirilib ki, qurda qarşıdır.

Bu isə valideynlərin narazılıgına səbəb olub. Onlar bildirir ki, heç bir müayinə olmadan uşaqlara dərmanların verilməsi təhlükəli ola bilər.

Məsələ ilə bağlı məktəbin direktoru Ələs Novruzov bildirdi ki, rayon Uşaq Poliklinikasının səhə həkimləri məktəbdə uşaqlarla görüş keçirib və helmintozlar paylanılıb. Bu dərmanların qəbulu məcburi deyil.

Ağdaş rayon Uşaq Poliklinikasının baş həkimi Gülər Hacıyeva "Xəzər Xəbər"ə bildirdi ki, helmintozlar Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən rayon Gigiyena və Epidemiologiya Mərkəzinə verilib. Profilaktik olaraq da rayondakı bütün məktəblərə paylanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm