Səhiyyə
Meyitdən orqan köçürmək üçün müvafiq klinikalar yaradılacaq
Azərbaycanda meyitdən orqan köçürülməsi ölkədə icbari tibbi sığortanın geniş tətbiqindən sonra daha sürətlə baş verə bilər.
Publika.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev brildirib ki, meyitdən orqan köçürülməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır: “O qərar olandan sonra isə bu işləri həyata keçirmək üçün müvafiq klinikalar yaradılacaq. Bütün bunlar isə maliyyələşməyə bağlıdır. Meyitdən orqan götürmək olar, amma onu sonra başqa bir insana transplantasiya etmək və ondan sonrakı dövrdə orqanı bədəndə saxlamaq üçün aparılan müalicələr çox bahalıdır”.
M.Quliyev hesab edir ki, bu əməliyyatların insanlar üçün əlçatan olması üçün icbari tibbi sığortanın işə düşməsi vacibdir: “Bunlar hamısı bir-birinə bağlı olan məsələlərdir. İcbari tibbi sığortanın tətbiqindən sonra meyitdən orqan köçürülməsi daha sürətlə baş verə bilər. İcbari tibbi sığorta bu il pilot şəklində tətbiq olundu. Əgər gələn ildən geniş tətbiqinə başlanılarsa, orqan transplantasiyası da həyata keçirilə bilər”.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR