Məşhur milyonçu dəhşətli xəstəliyin tədqiqatına 100 milyon dollar ayırdı
Bizi izləyin

Səhiyyə

Məşhur milyonçu dəhşətli xəstəliyin tədqiqatına 100 milyon dollar ayırdı

Dünya ölkələrində Alzheimer xəstəliyinin araşdırılması istiqamətində yeni fond yaradılır.

Publika.az xəbər verir ki, dünyanın ən məşhur şirkətlərindən biri olan "Microsoft"un sahibi Bill Qeyts Alzheimer xəstəliyinin tədqiqatı üçün şəxsi büdcəsindən 100 milyon dollara yaxın vəsait ayıracağını bəyan edib.

B.Qeyts bu xəstəliyin tam müalicəsinin olduğuna inandığını dilə gətirib:

"Mən inanıram ki, "Dementia Discovery Fund" araşdırma mərkəzi bu xəstəliyin müalicəsini tapacaq. Xırda yenilik belə böyük irəliləyişlərə apara bilər".

Beyinin immunitet sistemini hərəkətə gətirən hüceyrələrin ayrı-ayrılıqda tədqiq edilməsi, uzunmüddətli tədqiqatlara yeni bir təkan verə bilər. Mütəxəssislər doğru hədəfdə olduqlarına inanaraq müşahidələrinə davam edəcəklərini bildiriblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm