"Vaxtı keçmiş şiş xəstəliklərinin müalicəsi üçün ölkəyə dərmanlar gətirilməlidir"
Bizi izləyin

Səhiyyə

"Vaxtı keçmiş şiş xəstəliklərinin müalicəsi üçün ölkəyə dərmanlar gətirilməlidir"

"Biz hər il adambaşına düşən səhiyyə xərclərinin çox aşağı olduğunu deyirik. Lakin bu problem həllini tapmır”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Əhliman Əmiraslanov Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.

Millət vəkili bildirib ki, səhiyyə xərclərinin və həkimlərin maaşlarının az olması, xəstəxana və klinikaların effektiv işləməsinə mane olur:

“Bu il səhiyyə xərcləri ötən ilkindən də azdır. Əhalinin artımını nəzərə alaraq, bu xərclər artırılmalıdır. Əks halda səhiyyə sahəsindəki problemlər həll edilməyəcək.Yeni doğulan uşaqların kapliyar implantasiya məsələsini də dəfələrlə bəyan etmişik, lakin bu məsələ həllini tapmır. Qeyd etmək istəyirəm ki, ildə 120-150 uşaq eşitmə qüsuru ilə doğulur. Bu əməliyyat qısa müddətdə aparılmasa, həmin uşaqlar lal-kar qalır. Bu əməliyyatları həyata keçirən bir neçə klinika var. Lakin kapliyar implantasiayaların alınması üçün insanlar növbəyə dayanır. Bu vəsaitin alınması üçün 2-2.5 milyon manata ehtiyac var. Bu vəsaiti Səhiyy Nazirliyi hesabına təmin etmək mümkün deyil. Çünki onsuz da, bu nazirliyə ayrılan vəsait azdır”.

Millət vəkili həmçinin, xərçəng xəstəliyinin müalicəsində və orqan transplantasiyasından sonra istifadə edilən bir sıra dərman vasitələrinin xəstələrə pulsuz verilməsinə də diqqət çəkib:

“Bu gün bir sıra klinikalarda orqan transplantasiyası əməliyyatları uğurla icra edilir. Lakin bu əməliyyatlardan sonra həmin xəstələr ömür boyu anti-depresant qəbul etməlidirlər. Bunu il ərzində almaq üçün xəstələrə 3-4 min manat vəsait lazımdır. Ancaq hər kəsin bu dərmanları almağa imkanı yoxdur. Bizə də tez-tez bununla bağlı müraciət edirlər. Orqan transplantasiyası əməliyyatından sonra uzun illər yaşayan insanlar var, onlara kömək etmək lazımdır.

Onkoloji pereparatların alınması üçün ayrıca vəsaitlər ayrılır. Bunun üçün ölkə Prezidentinə təşəkkür edirəm. Son illər dünyada xərçəngin müalicəsi üçün yeni növ pereparatlar hazırlanıb. Bunu almaq üçün səhiyyəyə ayrılan vəsait yetərli deyil. Bu dərmanlar hətta vaxtı keçmiş şişlərin müalicəsində effektiv təsir göstərir. Bu mənada xərçəng əleyhinə olan bu dərmanların alınması üçün imkan daxilində səhiyyə xərclərinin artırılmasına ehtiyac var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm