Səhiyyə
Qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 11 faizədək azalıb.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, laborator müayinələr zamanı bu ilki payız-qış mövsümü ərzində Azərbaycanda qripə yoluxma faktının olduğu təsdiqlənməyib.
A.Əliyeva qeyd edib ki, indiyədək 45 xəstədən laborator analizlər üçün müayinə materialı götürülüb:
“Bu ilki mövsümdə ağır xəstələr olmayıb, tək-tək hallarda laborator müayinələr götürülüb. Müayinələr Respublika Taun Əleyhinə Stansiyada aparılır. Ötən il qrip virusuna yoluxma var idi. Amma builki payız-qış mövsümündə qrip virusları aşkar olunmayıb. Azərbaycanda hələ ki, qrip virusları sirkulyasiya etmir”.
Qeyd edək ki, Rusiyanın bəzi regionlarında kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı vəziyyət təhlükəli həddə yaxınlaşır. Bununla əlaqədar olaraq ölkədə qrip əleyhinə kütləvi peyvəndləmə işlərinə start verilib.
Son göstəriciyə görə, Rusiyada təxminən 64,3 milyon insan artıq qripə qarşı peyvənd edilib ki, bu da ümumi əhalinin 44,5 faizi deməkdir. (trend)
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı