Harvardın psixoloqu tibb dünyasını lərzəyə saldı: Bu xəstəlik əslində yox imiş
Bizi izləyin

Səhiyyə

Harvardın psixoloqu tibb dünyasını lərzəyə saldı: Bu xəstəlik əslində yox imiş

Harvardın psixoloqu Cerom Kaqanın rəsmi çıxışı elm dünyasını lərzəyə salıb. O bildirib ki, Diqqət çatışmazlığı və Hiperkativlik Sindromu (DÇHS) deyilən bir xəstəlik yoxdur. Bu framasevtlərin pul tələsidir.

Publika.az xəbər verir ki, Kaqan dünyanın ən məşhur psixoloqlarından biridir. Həmkarları onu əsrin ən peşəkar mütəxəssisi adlandırırlar. Odur ki, Kaqanın bu fikrinə gözüqapalı inana bilərik.

Professor Cerom Diqqət çatışmazlığı və Hiperaktivlik Sindromunun cəfəngiyyat olduğunu bildirir və hesab edir ki, bu tibbin növbəti yalanıdır:

"Pediatrlar problemli uşaqları müayinə edər-etməz DÇHS diaqnozu qoyub, Ritalin dərmanı yazırlar. Əslində isə dünya statistikası üzrə bu uşaqların 90%-i, yəni 5,4 milyonu anomal dopinamin metabolizmindən əziyyət çəkmir. Sadəcə bu uşaqlara yazılan dərman bütün həkimlər üçün əlçatandır".

Kaqanın fikrincə, DÇHS müalicə etmək məqsədilə istifadə olunan dərmanların farmasevtlərdən başqa heç kimə faydası yoxdur. Xüsusən də uşaqlara. Sadəcə bu vasitələrdən həkimlərin özü və əczaçılar kifayət qədər pul qazanırlar. Odur ki, dünya farmasevtika nəhəngləri bu sindromun müalicəsilə məşğul olan psixoloq və psixoterapevtləri maliyyələşdirirlər.

Kaqan Hiperaktivlik sindromu diaqnozu altında gizlənən bu durumun iç üzünü belə açır:

"12-19 yaşlı yeniyetmələr arasında depressiv hallar və narahatlıq tez-tez müşahidə olunur. Lakin bu durum yalnız 8% uşaqlarda ciddi xarakter daşıyır. Onların hamısına psixi xəstə diaqnozu qoymaq ən azı savadsızlıqdır".

Psixoloq həmçinin vurğulayır ki, bu diaqnoz dərslərə maraq göstərməyən uşaqlara da qoyula bilir:

"Lakin bəzi hallarda dərslərini çox yaxşı oxuyan azyaşlılarda da hiperaktivlik simptomu müşahidə edilir. Odur ki, uşaqların beynini narkotik vasitələrlə yatırmaq əvəzinə onları düzgün və vicdanlı müayinə edin".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm