Azərbaycanda orqan transplantasiyasında İLK: Meyitdən donor...
Bizi izləyin

Səhiyyə

Azərbaycanda orqan transplantasiyasında İLK: Meyitdən donor...

“Orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı ilə donorların sayı tərs mütənasibdir”.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasında orqan transplantasiyasına həsr olunmuş tədbirdə xəstəxananın cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirib.

Onun sözlərinə görə, xəstəxanaya müraciət edən xəstələrin 95 faizi uğurlu əməliyyat keçirərək, aktiv həyata qayıdıb:

“10 il ərzində 500-dən çox xəstəyə orqan köçürülüb. Təkcə bu il 76 xəstəyə böyrək, 9 qaraciyər transpalntasiyası həyata keçirilib. Bu sahədə çətinliklərdən biri də qan qrupunun uyğun olmamasıdır. Bu problemin həlli yollarından biri də dünyada nadir olan çarpaz orqan transplantasiyasıdır. Bu əməliyyat əsasən II və III qan qrupları olan xəstələrdə mümkündür. Artıq bizim təcrübəmizdə Azərbaycanda ilk dəfə həyata keçirilib”.

M.Kazımi bildirib ki, bundan sonra əsas məqsəd meyitdən donor köçürülməsini həyata keçirməkdir: “Bizə qaraciyər və böyrək köçürülməsi üçnü tez-tez müraciət edirlər. Bu yaxınlarda iki xəstə əməliyyat üçün müraciət etdi. Onların ikisinin də həyat yoldaşı donor olacaqdı, lakin bu zaman qan qruplarının uyğun gəlmədiyini müşahidə etdik. Onlara çarpaz donorluq təklif edildi. Donorlar öz aralarında razılığa gəldilər və biz bu əməliyyatı həyata keçirdik. Eyni gündə 4 xəstə birdən əməliyyat olundu. Hazırda xəstələrin vəziyyətləri çox yaxşıdır”.

Şöbə müdiri bildirib ki, hazırda iki xəstə çarpaz əməliyyat üçün hazırlanır. Onların növbəti il əməliyyat ediləcəyi gözlənilir.

Orqan tranplantasiyasında risklərə toxunan M.Kazımi bildirib ki, 15-20 faiz risk var. Bu da xəstənin itirilməsi ilə yanaşı, müxtəlif fəsadları qeyd edə bilərik.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm