Səhiyyə
8 il sonra 950 qramlıq uşaq dünyaya gətirdi, sağ qaldı - AZƏRBAYCANDA - FOTO
Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 950 qramlıq uşaq dünyaya gəlib.
Publika.az xəbər verir ki, bu barədə məlumat verən RMDM-in ginekoloq-endokrinoloqu Pərvin Nəbiyevanın sözlərinə görə, yaxın qohum nikahında olan qadın illərdir müalicə alsa da, effekti olmayıb, onda 3 düşük baş verib:
“Adəti düşük 3 və daha artıq düşük baş verdiyi halda hesab olunur. Adətən, 22 həftəyə qədər ola bilir. Əsas faktorlar genetik, anatomik, endokrin, immunoloji və başqadır. Bu pasiyentimiz səkkiz il ailəli olan, son iki ildə sonsuzluq və depressiyadan şikayətlənən 28 yaşlı qadın idi. Bizə müraciət etdiyi zaman tərəfimizdən lazımi müayinələr aparıb, düzgün müalicə taktikasını seçib müsbət nəticəyə nail olduq: daha bir ailəyə övlad sevinci yaşatdıq”.
Neonatoloq-pediatr Arzu Həsənova bildirib ki, bir neçə risk faktoru olan anadan dünyaya gələn körpə azçəkili (950 qram) olmasına baxmayaraq, Mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində onun həyatda qalması təmin olunub, zəruri müayinələr (“Topuq testi”, ROP adlandırılan vaxtından əvvəl doğulmuşların retinopatiyasının müayinəsi, eşitmənin skrininq müayinəsi) aparılıb, çəkisi normal səviyyəyə çatdırılıb və ana-körpə tam sağlam və gümrah şəkildə evə yola salınıb.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK