Azərbaycanda qaraqurd sancmasından 5 nəfər ölüb
Bizi izləyin

Səhiyyə

Azərbaycanda qaraqurd sancmasından 5 nəfər ölüb

Ötən il ilə müqayisədə Azərbaycanda ilan sancmalarının sayı artıb.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə Səhiyyə Nazirliyinin baş taksikoloqu Azər Maqsudov deyib:

"Ötən ildən fərqli olaraq bu il 104 nəfər ilan sancması ilə Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə müraciət edib. Ötən il isə bu göstəricilər 90 nəfər olub. Müraciət edənlər arasında ölüm halları yaşanmayıb, təəssüf ki, artım müşahidə edilib".

O bildirib ki, il ərzində qaraqurd sancmasından 5 nəfər ölüb:

"Ötən illə müqayisdə hörümçəyin növlərindən biri olan qaraqurd sancmasından ölənlərin sayı azalıb. 2016-cı il üçün hörümçək sancmasından 10 nəfər ölmüşdüsə, bu il bu diaqnozdan ölənlərin sayı 5 nəfərə qədər azalıb. Ölənlərin orta yaşlı insanlar olduğu müşahidə edilir".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm