Səhiyyə
Sonsuzluğa, depressiyaya səbəb olan dərmanla bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Fransa və Danimarka alimləri tərəfindən insanda sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsi kimi xəstəliklərə yol açdığı deyilən dərman - "İbuprofen"lə bağlı açıqlama verib.
Mərkəzdən bildirilib ki, Azərbaycana bu adda dərmanların gətirilməsinə icazə verilir.
Azərbaycana gətirilən "İbuprofen" dərmanları Belarusun Borisov Dərman Preparatları Müəssisəsi tərəfindən istehsal edilir.
Bu dərman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2014-cü il noyabrın 4-də qeydiyyata alınıb. Qeydiyyat bitmə tarixi 2019-cu ilin noyabrın 4-dədir.
Nazirlik bildirir ki, ibuprofen dərmanları Azərbaycana örtülü tabletlər (10 ədəd) formasında gətirilir:
"İndiyədək bu dərman vasitəsinin əks təsirləri, əlavə təsirləri ilə bağlı mərkəzə şikayət daxil olmayıb".
Qeyd edək ki, Fransa və Danimarka alimlərinin apardığı araşdırmaya görə, tərkibindəki əsas maddə ibuprofen olan dərman yüksək dozada qəbul edildiyi zaman sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsinə səbəb ola bilər.
Dərmanın içlik (təlimat) vərəqində qeyd edilir ki, İbuprofen ağrıkəsici və iltihabəleyhinə vasitə kimi revmatoid artritin (o cümlədən, yuvenil revmatoid artrit və Still xəstəliyinin), ankilozlaşdırıcı spondilit, osteoartroz və digər qeyri-revmatoid (seroneqativ) artropatiyaların müalicəsində istifadə olunur.
Doza həddinin aşılması zamanı qarında ağrı, ürəkbulanma, qusma, başgicəllənmə, tormozlanma, yuxululuq, depressiya, baş ağrısı, hipotoniya, qıcolmalar, ürək ritminin pozulması, tənəffüsün zəifləməsi kimi hallar baş verir.
Dərmanın əlavə təsirləri-bağırsaq qanaxması, ürəkbulanma, qusma, ishal, meteorizm, qəbizlik, dispepsiya, qarında ağrı, melena, qanlı qusma, xoralı stomatit, kolitin kəskinləşməsi və Kron xəstəliyi, çox nadir halda pankreatit, anafilaksiya, astma, bronxospazm və ya təngnəfəslik, ürək çatışmazlığının əlamətləri, yuxusuzluq, həyəcan, depressiya, huşun pozulması, hallüsinasiyalar, görmə sinirinin nevriti, baş ağrısı, paresteziyalar, başgicəllənmə, yuxululuq və s.-dir. (trend)
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı