Səhiyyə
Dərmanlar bu şəkildə qəbul edilərsə... - Həkimdən XƏBƏRDARLIQ
“Dərmanın əlavə təsiri və doza həddinin aşılması insanlar tərəfindən keyfiyyətsiz kimi qəbul edilir”.
Publika.az-ın xəbərinə görə, bu sözləri Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza şöbəsinin müdiri Ulduz Eyvazova dərman vasitələrinin keyfiyyəti ilə bağlı narazılıqlara aydınlıq gətirərkən deyib.
U.Eyvazova bildirib ki, istər ağrıkəsici, istərsə də hər hansı xəstəlikdə qəbul edilən dərmanın istifadə qaydası var:
“Hər bir dərmanın içlik vərəqində bu barədə məlumat yazılıb. Dərmanın düzgün qəbul edilməməsi, ev şəraitində düzgün saxlanmaması səbəbindən bəzən zəhərlənmələr baş verir. Məsələn, şərbət, göz damcılarının ilkin açılmadan sonra 28 günə qədər yararlılıq müddəti var. Çox zaman təcrübədə görürük ki, uşaq üçün öskürəyə qarşı alınan şərbətlər ilk açılandan bir il sonra qəbul edilir. Bu zaman əlbəttə, istənilən keyfiyyət aşkar olunmayacaq. Bundan başqa, bəzən bir dəfəlik yox, sutkalıq doza qəbul edilir”.
U.Eyvazova onu da əlavə edib ki, bununla yanaşı bədənin fərdi həssaslıq dərəcəsi də var. Dərman qəbul edilərkən bunu da nəzərə almaq lazımdır.
Gülxar
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama