Məsafədən səhiyyə məsləhəti üçün ən çox kimlər müraciət edir?
Bizi izləyin

Səhiyyə

Məsafədən səhiyyə məsləhəti üçün ən çox kimlər müraciət edir?

2017-ci ilin fevralın ayından dekabrın 31-nə qədər telesəhiyyə xidməti vasitəsilə 22 ixtisas üzrə 320 (pasientlərin 30%) pasientə məsafədən 369 (çağırışların 33%) məsləhət verilib.

Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumatda telesəhiyyə məsləhəti əsasında ixtisaslı mütəxəssislərin 105 dəfə (telesəhiyyə məsləhətlərinin 29%) regionlara göndərilməsi təmin edildiyi bildirilib.Bu xidmətdən istifadə edən 79 pasient (xəstələrin 30 %-i) Bakı şəhərinin tibb müəssisələrinə köçürülüb. Telesəhiyyə vasitəsilə ən çox məsləhət reanimatologiya (çağırışların 19%), neyrocərrahiyyə (14%) və nevrologiya ixtisası üzrə mütəxəssisləri tərəfindən aparılıb. Patologiya baxımından isə ən çox travmatoloji, nevroloji və hamiləlik patologiyası olan xəstələrə məsafədən məsləhət verilib.

2017-ci il ərzində təlesəhiyyə vasitəsilə ən çox Zaqatala – 30 çağırış (təlesəhiyyə məsləhətlərin 8%-zi), Quba – 27 (7%), Bərdə - 23 (6%), Gəncə, Masallı, Lənkaran – 17 (5%) rayonlardakı xəstələrinə məsləhət verilib.

Cəbhə zonasında yerləşən Ağdam və Füzuli RMX-larda əsasən nevrologiya, travmatologiya, toksikologiya və cərrahiyyə patologiyası ilə müalicə alan 18 xəstəyə məsləhət verilib.

2018-ci telesəhiyyə vasitəsiləildə yanvar – fevral müddət ərzində 15 ixtisas üzrə 70 (ümumi çağırışların - 169 - 40%-zi) məsləhət verilib. 2018-ci ilin fevral ayında isə təlesəhiyyə vasitəsilə 49 – (ümumi çağırışların - 99 - 49%) məsləhət verilib və 2017-ci ilin müvafiq dövrlə müqayisədə (33 məsləhət – (ümumi çağırışların – 82 - 40%-zi) 67% artım olunub.

Qeyd edək ki, müasir telesəhiyyə texnologiyalarından (o cümlədən internet, mobil cihazlar, müxtəlif telekommunikasiya proqramları) istifadə edilərək on-line video konfrans (canlı video dialoqların aparılması), “online” yazışma (konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi həkimlər arasında mesajlarla fikirlərin mübadiləsi), tibbi görüntülərə, o cümlədən rəqəmsal rentgen, ultrasəs, EKQ, KT, MRT və s. müayinələrin nəticələrinə canlı olaraq “online” baxılmasına imkanlar yaradılır. Təcili Təxirəsalınmaz Konsultativ Tibbi Yardımın təmin edilməsi məqsədi ilə aviasiya nəqliyyatı, sanitar avtomobillər və digər nəqliyyat vasitələrindən istifadə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm