Səhiyyə
Tovuzda ana və yeni doğulmuş körpəsi öldü - (YENİLƏNDİ)
Tovuz rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı 8 aylıq hamilə olub:
"Xəstə Cəlilabad rayon sakini olub, lakin Sumqayıt şəhərində yaşayırdı. Ağstafaya qohumlarını ziyarətə gəlib. Anidən vəziyyəti pisləşib. Gecə saat 3-4 radələrində Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Məlum olub ki, körpə ana bətnində ölü olub. Doğuşdan sonra qadının halı pisləşib, təzyiqi qalxıb. Əlimizdən gələni etsək də, ananın həyatını xilas etmək mümkün olmayıb".
***
Tovuzda ana və uşaq ölümü baş verib.
Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Uşaq dünyaya gələn zaman ölüb.
Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bu, A.Dadaşovanın ilk hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır. (apa)
Könül Cəfərli
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT