Bu il doğuş zamanı neçə ana ölüb? - Rəsmi
Bizi izləyin

Səhiyyə

Bu il doğuş zamanı neçə ana ölüb? - Rəsmi

“2017-ci ildə doğuş zamanı ana ölümlərinin sayı azalıb. 2016-cı ildə 21 ana ölüb, 2017-ci ildə isə bu göstərici 20-yə düşüb”.

Publika.az xəbər verir ki, bu sözləri Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova jurnalistlərə açıqlamasında deyib.

S.Məmmədova bildirib ki, ana ölümlərinə görə tibb işçiləri arasında cəzalandırılanlar da olub:

“Texniki olaraq göstərilən qulluqda keyfiyyət yararsızlığından asılı olaraq müəyyən inzibati tənbeh tədbirləri görülüb. Töhmət alma, işdən kənarlaşdırılma halları olub. Ötən il ərzində 50-dən artıq tibb işçisinə qarşı bu cür inzibati-tənbeh tədbirləri görülüb. Onların arasında mama-ginekoloq, anestezioloq, cərrahlar da olub. Bura həm dövlət, həm də özəl müəssisələr daxildir”.

S.Məmmədova onu da vurğulayıb ki, bu ilin ilk üç ayında ana ölümlərinin sayı əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə azdır:

“Bu il respublika ərazisində yeddi ana ölümü baş verib, əsas səbəblər baş beyində anevrizmanın cırılması, ürək, qaraciyər, böyrək çatışmazlığı, endeokrinoloji patologiyalar səbəbindən baş verib. Ana ölümlərinin üçü Bakı, dördü bölgələrdə olub. Hər bir ana ölümü araşdırılıb, səhvə yol verən 12 tibb işçisi cəzalandırılıb. Bildiyiniz kimi, Şəkidə də bir tibb işçisi həbs edilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm