Elmi Cərrahiyə İnstitutuna DİREKTOR TƏYİNATI
Bizi izləyin

Səhiyyə

Elmi Cərrahiyə İnstitutuna DİREKTOR TƏYİNATI

M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutuna yeni direktor təyin olunub.

Faktı “Report”a təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova qeyd edib ki, bu vəzifəyə Ağayev Rauf Maqsud oğlu təyin edilib.

Nazirlik rəsmisi bildirib ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki,R.Ağayev əvvəllər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsində çalışıb.

Xatırladaq ki, institutun əvvəlki direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm