Səhiyyə
Azərbaycanda əhali ən çox bu xəstəlikdən əziyyət çəkir: 5 MİLYON İNSAN... - RƏSMİ
Fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 638 min 115 nəfər yararlanıb. Onlardan 3540384 kişi, 3742875 qadındır. Müraciət edənlərin 338013 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.
Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 50 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb. Ən aşağı göstərici isə infeksion xəstəliklər üzrə müşahidə olunub, cəmi 8015 insanda bu cür hallar üzə çıxıb.
Müayinələr zamanı 27663 nəfər hospitalizə olunub, 58563 şəxs dispanser nəzarətinə alınıb, 1810880 nəfər əlavə müayinələrə cəlb olunub.
Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 166 min 277 nəfər sağlamlaşdırılıb.
Qeyd edək ki, hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi profilaktik müayinəsi ilə bağlı işlər həyata keçirilir.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA