”Rusları atom bombası ilə məhv etməliyik” - Gizli səs yazısı (Audio)
Bizi izləyin

Son dəqiqə

”Rusları atom bombası ilə məhv etməliyik” - Gizli səs yazısı (Audio)

”Rusları atom bombası ilə ölürməliyik” -Gizli səs yazısı

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın keçmiş baş naziri Yulia Timoşenkonun şəxsi telefon danışığı Youtube-a qoyulub.

Timoşenko Tvitter-də yazıb ki, belə bir telefon danışığı həqiqətən olub, amma xeyli montaj edilib ki, həddən ziyadə anti-rus məzmunlu bir söhbət təsiri bağışlasın.

-

Timoşenko Ukraynadakı ruslar barədə sərt danışır və onların atom bombası ilə öldürülməli olduğunu deyir. Səs yazısını Youtube-a qoyan "Sergiy Vechirko" iddia edir ki, telefon söhbəti martın 18-də - Krımda Rusiyaya birləşmə haqda referendumun keçirilməsindən 2 gün sonra olub.

Həmin şəxs Timoşenkonun telefonla Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Nestor Şufriçlə danışdığını deyir.Şufriç Krımdakı vəziyyətdən şikayətləndiyi vaxt Timoşenko onun sözünü kəsərək “Cəhənnəm olsunlar, biz silahlanıb o lənətəgəlmiş katsapları (ruslar haqda aşağılayıcı ifadə) və onların rəhbərini öldürməliyik”.

Timoşenko daha sonra əlavə edir:“Heyf ki indi orda deyiləm, yoxsa onlar Krımı məndən ala bilməzdilər”.Şufriç Timoşenko-dan soruşur ki, onların ümumi tanışı olan “Viktor” Kiyevin Ukrayna ərazisində yaşayan 8 milyon rusla bağlı nə etməli olduğu ilə maraqlanır.

“Biz onları atom silahı ilə vurmalıyıq” – Timoşenko cavab verir.Timoşenko Twitter-də yazıb ki, belə bir telefon danışığı həqiqətən olub, amma xeyli montaj edilib ki, həddən ziyadə anti-rus məzmunlu bir söhbət təsiri bağışlasın.

8 milyon rusa gəldikdə isə, Timoşenko iddia edir ki, o əslində belə deyib: “Ukraynadakı ruslar elə ukraynalıların özləridir”. Daha sonra əlavə edib: “FSB-yə salamlar”. (FSB – Rusiyanın Federal Təhlükəsizlik Bürosu)

Bu səs yazısı bir neçə ay əvvəl gizli şəkildə yazılan başqa bir telefon söhbətini yada salır. ABŞ Dövlət Katibinin köməkçisi Viktoria Nuland Qərb ölkələrinin Ukrayna siyasəti ilə bağlı danışanda “Avropa İttifaqı s..dirsin” demişdi.

Bu da yaxın müttəfiq olan ABŞ və Avropa İttifaqı arasında münasibətlərə xoş olmayan çalar əlavə etmişdi. Timoşenko həbsdən keçən ay buraxılıb.Onu siyasi rəqibi – prezident Viktor Yanukoviçin devrilməsindən sonra azadlığa buraxıblar.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə üç ilə yaxın həbs cəzası çəkib.Tərəfdarları deyir ki, həbs qərarı siyasi motivli olub.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm