İranda farsca toponimlər azərbaycanca adlarla əvəz olunur - ŞOK
Bizi izləyin

Son dəqiqə

İranda farsca toponimlər azərbaycanca adlarla əvəz olunur - ŞOK

Publika.Az xəbər verir ki, Urmiyə şəhər şurası adları farscaya çevrilmiş məhəllələrin yenidən orijinal türkcə adlarının qaytarılması istiqamətində fəaliyyətə başlayıb. Şuranın ötən həftə keçirdiyi rəsmi toplantısında dörd qədim məhəllənin tarixi türk adın

Publika.Az xəbər verir ki, Urmiyə şəhər şurası adları farscaya çevrilmiş məhəllələrin yenidən orijinal türkcə adlarının qaytarılması istiqamətində fəaliyyətə başlayıb. Şuranın ötən həftə keçirdiyi rəsmi toplantısında dörd qədim məhəllənin tarixi türk adının bərpası ilə bağlı qərar qəbul edilib.

Urmiyə Şəhər İslami Şurasının veb səhifəsinə (www.myurmia.ir) istinadən, Doqquz Pillə Yeddi Dəyirman məhəllələri, eləcə də Üç Gözlü Körpü Qoyun Körpüsündə fars dilində yazılmış lövhələrin yerinə üzərində orijinal adların yazıldığı lövhələr yerləşdiriləcək.

Urmiyə Bələdiyyəsi, Urmiyə Qubernatorluğu və Urmiyə Şəhəri İslami Şurası kimi rəsmi qurumların veb səhifələri şəhərin adını adətən Urmiyə (İngiliscədə Urmia) şəklində yazırlar, ancaq Tehran mərkəzli qurumlar fars dilindəki tələffüzü əsas alaraq Orumiyeh imlasını işlədir.

​​Əhali arasında bu məhəllə və körpülər türkcə əsl adıyla tanınsa da, rəsmi sənədlər və lövhələr üzərində “Noh Pelleh”, “Həft Asiyab”, “Pole Se Çeşmeh”, və “Pole Qoyun” kimi farsca adlar yazılıb.

Urmiyə şəhərində fəaliyyət göstərən və İran Azərbaycanı ilə bağlı xəbər yayan Ayna News saytı şəhər şurasının qəbul etdiyi qərarı tarixi bir addım kimi dəyərləndirib.

Ayna News-un yazdığına görə, əvvəllər bu mövzular haqqında danışmaq çətin idi və təhlükəsizlik məsələsi kimi qarşılanırdı, ancaq son illərdə şəhər şurası seçkilərinə namizəd olan bəzi urmiyəlilər bu məsələni gündəmə gətirərək tabuları sındırıblar.

Ayna News veb səhifəsi gələcəkdə Urmiyə sözünün yazılışı ilə bağlı problemin də çözüləcəyinə dair ümidlərini ifadə edib . “Urmiyə Bələdiyyə Başqanı da doğma şəhərinin adının qondarma Orumiyeh şəklində yazılmasından narahat olduğunu bildirib,”-deyə yerli xəbər səhifəsi əlavə edib.

Urmiyə Bələdiyyəsi, Urmiyə Qubernatorluğu və Urmiyə Şəhəri İslami Şurası kimi rəsmi qurumların veb səhifələri şəhərin adını adətən Urmiyə (İngiliscə Urmia) şəklində yazırlar, ancaq Tehran mərkəzli qurumlar fars dilindəki tələffüzü əsas tutaraq Orumiyeh formasını işlədir.

Bəzi urmiyəli jurnalist və mədəni fəallar yerli məsulların qəbul etdiyi qərarı cəsur bir addım kimi alqışlayıb və bunu İranda rəsmi farslaşdırma siyasətinə qarşı yerli məsullar tərəfindən göstərilən ilk əməli etiraz kimi dəyərləndiriblər.

İran qanunlarına görə, ticarət mərkəzləri, mağazalar və reklam lövhələri üzərində qeyri-fars sözlər, adlar və terminologiyaların işlədilməsi yasaqdır. Qeyri-fars adların işlədilməsinin qadağan edilməsi ilə bağlı ilk qanun 1979-cu il inqilabından bir neçə il sonra Mədəni İnqilabın Yüksək Şurası tərəfindən hazırlanmışdı. İndiki qanun isə 1997-ci ildə İran parlamentində qəbul olunub.

Hüquq müdafiəçilərinin yaydıqları hesabatlara istinadən, bəzi güneylilərin mağazaların lövhəsi üzərində türkcə yazmaları məhkəmədə ittihamnamə kimi onların əleyhinə istifadə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm