Bəşər Əsədin daha iki əmisi oğlu öldürüldü
Bizi izləyin

Son dəqiqə

Bəşər Əsədin daha iki əmisi oğlu öldürüldü

Suriya preizdenti Bəşər Əsədin iki əmi oğlu da müxaliflərin mərmi hücumu nəticəsində öldürülüb.

Suriya preizdenti Bəşər Əsədin iki əmi oğlu da müxaliflərin mərmi hücumu nəticəsində öldürülüb.

Publika.Az-n “Əl Ərəbiyyə"yə istinadən verdiyi xəbərə görə, Bəşər Əsədin iki əmi oğlusunun Türkiyəyə yaxın bir qəsəbədə davam edən toqquşmalarda öldürüldüyünü açıqlayıb.

Əli və Kifah Əsədin Laziqiyyədəki qarşıdurmalarda öldürülməsiylə, Əsədin son 2 gün içində ölən əmisi oğullarının sayı üçə çıxıb. Bazar günü də Laziqiyyə bölgəsi mülki "Şebbiha" alayının komandiri Hilal Əsəd öldürülmüşdü.

SANA dövlət agentliyi Hilalın Laziqiyyənin Keseb qəsəbəsində çıxan şiddətli qarşıdurmalarda öldürüldüyünü bildirib.

“Reuters” isə suriyalı müşahidəçi qruplara istinad etdiyi xəbərində Hilalın “ən-Nüsrə” Cəbhəsi və digər qruplarla girdiyi qarşıdurmada, yanındakı 7 döyüşçüsüylə birlikdə öldürüldüyünü ifadə edib.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm