Yoxa çıxmış təyyarənin 122 yeni əşyası “aşkar olunub”
Bizi izləyin

Son dəqiqə

Yoxa çıxmış təyyarənin 122 yeni əşyası “aşkar olunub”

Yoxa çıxmış təyyarənin 122 yeni əşyası “aşkar olunub”

Publika.Az BBC-yə istinadən xəbər verir ki, Malayziyanın nəqliyyat naziri Hişamuddin Hüseyn yeni təsvirlərin axtarış əməliyyatlarının yönləndirilməsinə kömək edəcəyini deyib.

Kanadanın baş naziri Toni Abbott yoxa çıxmış Malayziya təyyarəsinə məxsus olduğu güman edilən əşyaların axtarışı üzrə əməliyyatın fəallaşdırıldığını deyib. Toni Abbott Hind okeanında hava şəraitinin pisləşməsinə görə təxirə salınmış axtarışlara “bütün qüvvələrin sərf” edildiyini bildirib.

Axtarışların fəallaşması Malayziya təyyarəsinə məxsus ola biləcək 122 əşyanın peykdən aşkar edilməsinə təsadüf edir.Təsvirlər Fransada mənzillənən “Airbus Defence and Space” şirkəti tərəfindən çəkilib.

Martın 23-də çəkilmiş görüntülərdəki əşyalardan biri 23 mert uzunluğundadır, Malayziyanın nəqliyyat naziri deyib ki, bu axtarış əməliyyatlarının yönləndirilməsinə kömək edəcək yeni dəlildir".

4-cü dəfədir ki, peykdən təyyarəyə məxsus olduğu güman edilən qırıntılar müşahidə edilir.İndiyədək “Boeing” hissələrinin axtarışı üzrə səylər nəticə verməyib.

Martın 8-də МН370 reysilə Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarəsi göyə qalxdıqdan bir müddət keçmiş yoxa çıxmışdı.Təyyarənin göyərtəsindəki 239 adamdan 153-ü Çin vətəndaşı olub.

Əşyalar Avstraliyanın qərb sahilindən qərbə doğru 2,557 km aralıda yerləşir.Dənizdə təhlükəsizlik üzrə Avstraliyanın dövlət qurumu axtrışda 12 təyyərinin iştirak etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm