Gürcüstan müdafiə nazirinin müavini Bakıya gəlir
Bizi izləyin

Son dəqiqə

Gürcüstan müdafiə nazirinin müavini Bakıya gəlir

Gürcüstan müdafiə nazirinin müavini Bakıya gəlir

Martın 28-də Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvili Azərbaycana işçi səfərinə gələcək. Bu barədə Publika.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

M.Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Gürcüstan Müdafiə nazirinin müavini M.Darçiaşvilinin səfəri martın 29-dək davam edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm