Türkiyənin İsraildəki səfirliyinin fəaliyyəti bərpa edilə bilər
Bizi izləyin

Son dəqiqə

Türkiyənin İsraildəki səfirliyinin fəaliyyəti bərpa edilə bilər

Türkiyənin İsraildəki səfirliyinin fəaliyyəti bərpa edilə bilər

Türkiyənin İsraildəki səfirliyinin fəaliyyəti İsrail hökimətinin Türkiyənin "Mavi Mərmərə" gəmisinə hücumu ilə bağlı 21 milyon dollar məbləğində kompensasiyanı ödəməsindən sonra bərpa edilə bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Sabah" qəzeti xəbər yayıb.

Türkiyə ilə İsrail arasında kompensasiyaların ödənilməsi haqqında müqavilənin imzalanması ehtimal ki, martın 30-da Türkiyədə keçiriləcək bələdiyyə seçkilərindən sonra mümkün olacaq.

Gözlənilir ki, kompensasiyaların ödənilməsi haqqında müqavilə çərçivəsində İsrail tərəfi Türkiyəyə Qəza sektoruna humanitar yüklərin çatdırılması imkanı verəcək.

Türkiyə ilə İsrail arasında münasibətlər 2010-cu il mayında İsrailin Hərbi Dəniz Qüvvələri İsrail Silahlı Qüvvələri tərəfindən blokadaya alınmış Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq Donanması"nın altı gəmisini saxlamasından sonra kəskin şəkildə pisləşib. İsrail SQ-nin müdaxiləsi nəticəsində Türkiyənin "Mavi Mərmərə" gəmisində 9 sülhməramlı həlak olub.İsrail hökuməti hərbi əməliyyatın özünümüdafiə xarakteri daşıdığını israr edir.2011-ci ilin sentyabrında Türkiyə və İsrail öz səfirlərini geri çağırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm