İki türk və çoxlu sayda azəri öldürüldü – Suriyadan ŞOK XƏBƏR
Bizi izləyin

Son dəqiqə

İki türk və çoxlu sayda azəri öldürüldü – Suriyadan ŞOK XƏBƏR

İki türk və çoxlu sayda azəri öldürüldü – Suriyadan ŞOK XƏBƏR

Suriyanın kürdlər yaşayan bölgəsinə (Əl- Həsəkə və əl- Rəqqə vilayətləri) hücumlarını artıran IŞİD (İraqın və Şamın İslam Dövləti) ilə kürd ordusu arasında qarşıdurmalar Süleyman Şah Türbəsi, Kobane və Təll-Abyad ətrafında şiddətlə davam edir. Publika.Az türk mediasına istinadən xəbər verir ki, IŞİD-in Kobane istiqamətində irəliləməsi davam edərkən Sirin qəsəbəsində şiddətli qarşıdurmalar yaşanır. IŞİD-in təhdidi altında olan Ər –Rəqqə və Təll Abyaddakı kəndlərdən yüzlərlə kürd evlərini tərk edib. Qarşıdurmalarda bir kürd birliyi ilə əlaqənin kəsildiyi, 5 kürd döyüşçünün isə öldürüldüyü açıqlanıb.

Döyüşlərdə 25-dən IŞİD döyüşçüsünün öldürüldüyü barədə xəbərlər IŞİD mənbələri tərəfindən də təsdiqlənib. IŞİD qaynaqları, qrupun arasında 2 türk və çox sayda azəri yaraqlının olduğunu açıqlayıb.

IŞİD-in hücumunu dayandırmaq məqsədilə kürd bölgəsində səfərbərlik elan edilib və əli silah tutanların cəbhəyə getməsi tələb olunub.

Suriya kürdləri IŞİDin hücumlarını dayandırmaq məqsədilə Türkiyə, İran və İraqdakı kürd təşkilat, qrup və siyasi partiyalarından kömək istəyib.

Kürd silahlılar və IŞİD arasındakı qarşıdurmalar, Türkiyəyə 30 kilometr uzaqlıqdakı Süleyman Şah Türbəsi ətrafında da davam edir. Türk bayrağının endirilməməsi halında türbəyə zərər verəcəyini açıqlayan IŞİD-ə qarşı türk ordusu sərhəddə hazırlıq vəzziyyətinə gətirilib.

Xəbərdə iddia edilir ki, Suriyada ələvi ərəblərin yaşadıqları bölgədə radikal islami qrupların hücumlarını önləmək və ola biləcək qırğın cəhdlərinə qarşı "Qızılbaş Partizan Birlikləri" qurulub.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm