• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Cəbhədə bir sivil şəxs yaralanıb – Millət vəkili atəş xəttində

Cəbhədə bir sivil şəxs yaralanıb – Millət vəkili atəş xəttində

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.Az -a verilən məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Daşkəsən, Göygöl və Xocəvənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Tovuz rayonundan millət vəkili seçilmiş Qənirə Paşayeva da dünən gecə cəbhə bölgəsində olub. Ermənistan və onun silahlı qüvvələrinin yenə də özlərinin çirkin hərəkətlərindən əl çəkmədiklərini deyən millət vəkili bildirib ki, gecə demək olar ki yata bilməyiblər: “Ermənistan silahlı qüvvələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması, axşam saatlarında mülkü vətəndaşın maşınını, sonra isə kənd sakini Etibar Tağıyevin evini, kənd sakinlərinin evlərini atəşə tutması nəticəsində gərgin və narahat bir gecə yaşadıq. Sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq. Xüsusən axşam saatlarında. Çünki o zamanlar bütün ailə evdə olur. Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir. Bu dəfə də insanlığa sığmayan əməllərini davam etdirərək Etibar Tağıyevin evini gülləyə tutublar və güllələrdən biri evin divarını keçərək Etibarın ayağından yaralayıb. Rayon xəstəxanasına çatrdırılan Etibarın vəziyyəti çox şükür indi normaldır. Həkimlər tərəfindən bütün yardımlar olunub və onun ayağı itirilmə təhlükəsi riski daşımır. İnşallah bir neçə günə tamam yaxşılaşar. Bir az öncə Etibarın vəziyyəti ilə bağlı təkrar rayon xəstəxanasının baş həkimi Paşa həkimlə danışdım və Paşa həkim Etibarın ayağının yaxın zamanlarda tam sağalacağını dedi”.

Q. Paşayeva qeyd edib ki, yaralanan şəxsin övladlarının yaşadığı gərginlik onu hər şeydən çox üzür.
“Məktəb yaşlı 3 uşağın və ailənin xanımının yaşadıqları təbii ki, çox ağır hadisədir və çox şükür ki, onlar ciddi bir xəsarətlər almayıblar. Amma yaşadıqları psixoloji gərginlik təbii ki, onlara ciddi təsir edib. İnşallah bir daha nə onlar, nə də digər ailələrimiz belə hadisələr yaşamasın. Ermənistan dövləti və onun silahlı qüvvələri isə bir daha simasını hər kəsə göstərdi. Evləri, sivil insanları, qadınları, uşaqları gülləbaran etmək, hədəfə alaraq qətlə yetirmək arzusu. Bu xəstə təfəkkürdən və ruh halından xilas olmaq istəmədiklərini bir daha göstərdirlər. ATƏT-in Minsk qrupu həmsədrləri, beynəlxalq təşkilatlar isə yəqin ki, reaksiya verməkdən, etiraz bildirməkdən yayınacaqlar. Həmişə olduğu kimi... Çox təəssüf... Bu insanlar isə onlardan ən azı etiraz səslərini ucaldan açıqlamalar gözləyirlər. Onların ədalət və obyektivliklərinə artıq inanmasalar da...”-deyə millət vəkili bildirib.
Q. Paşayeva cəbhədəki hərbiçilərimizə də təşəkkür edib: “Tovuzda ön cəbhəni qoruyan hərbiçilərimiz düşmənə layiqli cavabı hər zaman olduğu kimi verib və sivil insanlarımızı, evlərimizi daha geniş hədəfə almalarından qoruyub. Allah hər zaman onları qorusun! Bir az əvvəl hərbi hissənin rəhbəri ilə danışdım. Bütün gecə yatmadan Ermənistan silahlı qüvvələrinin kənd sakinlərinə zərər vura bilməməsi üçün çalışıblar. Allah Tovuz da daxil olmaqla ön cəbhəmizi qoruyan bütün hərbiçi və əsgərlərimizi qorusun! Gücləri daha da çox olsun!”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR