Qalmaqal: Daha 9 hərbi komandir işdən qovuldu
Bizi izləyin

Son dəqiqə

Qalmaqal: Daha 9 hərbi komandir işdən qovuldu

qalmaqal: Daha 9 hərbi komandir işdən qovuldu

ABŞ Hava Qüvvələrində çalışan orta rütbəli 9 zabit işindən uzaqlaşdırılıb.Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin nüvə raketlərinin buraxılmasına məsul zabitlər ixtisasartırma imtahanları zamanı köçürməkdə günahlandırılır.

ABŞ Müdafiə Nazirliyinin Hava Qüvvələrindən məsul səlahiyyətlisi Deborah Lee Ceyms Pentaqonda təşkil etdiyi mətbuat konfransında köçürmə skandalı ilə əlaqədar orta rütbəli 9 zabitin ordudan kənarlaşdırıldığını, onlarla zabitə isə intizam cəzalarının veriləcəyini açıqlayıb. O, eyni hadisəyə ABŞ Hava Qüvvələri tarixində rast gəlinmədiyini xatırladıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin nüvə raketlərinin buraxılmasına məsul 34 zabit ixtisasartırma imtahanları zamanı köçürmə etdiyi üçün hələ yanvar ayında tutduqları vəzifədən azad edilmişdi. Zabitlər imtahan suallarının cavablarını biri-birinə SMS-lə ötürürmüş.

Hərbi Hava Qüvvələri zabitlərin davranışını “qəbuledilməz” adlandıraraq, onların ucbatından daha 200-ə yaxın insanın yenidən yoxlama imtahanından keçəcəyini açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm