Abdulla Gül müharibə hazırlığı müzakirə olunan toplantı haqda danışdı
Bizi izləyin

Son dəqiqə

Abdulla Gül müharibə hazırlığı müzakirə olunan toplantı haqda danışdı

Abdulla Gül: “Təlimatı mən verdim”

Türkiyə prezidenti Abdulla Gül xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) baş müşaviri Feridun Sinirlioğlu və Türkiyə Baş Qərargahının ikinci rəisi, ordu generalı Yaşar Gülərə aid olduğu bildirilən səs qeydi ilə bağlı danışıb.

Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, prezident toplantının keçirilməsi ilə bağlı təlimatı özü verdiyini bildirib.

“Suriya böhranının kəskinləşdiyi günlərdə həm oradakı hadisələrə qarşı diqqətli olmaq, həm də Türkiyənin Suriyadakı torpağını müdafiə etmək üçün Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə bir toplantının keçirilməsi barədə təlimat verdim. Bütün ssenarilərin müzakirə edilməsini istədim”, - dövlət başçısı vurğulayıb.

A.Gül toplantının dinlənilməsinin böyük bir casusluq fəaliyyəti olduğunu və günahkarların ortaya çıxarılacağını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm