• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Qarşısında başını əyəcək adam axtarırsa…”- CXP sədri mətbuat konfransı keçirir

“Qarşısında başını əyəcək adam axtarırsa…”- CXP sədri mətbuat konfransı keçirir

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıcdaroğlu hazırkı dəqiqələrdə bələdiyyə seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirir.Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, CXP sədri istefa verəcəyi ilə bağlı iddiaları təkzib edib.

“Baş nazirlik kreslosunda oturan şəxs bir balkon çıxışı etdi deyən” partiya sədri sonuna kimi mübarizə aparacaqlarını bildirib. “Açıq şəkildə demokratiyanı, şəxsləri təhdid etməyə başladı. Bir dikatatora yaraşan tərzdə təhdid etdi. Sonra isə daha da irəli gedərək müxalifəti dizayn etməyə çalışır. Sənin gücün müxalifəti, CXP-ni dizayn etməyə çatmaz”, - CXP sədri baş nazir Rəcəb Təyyib Ərdoğanın seçkilərdəki qələbədən sonra etdiyi balkon çıxışını şərh edib.

K.Kılıcdaroğlu dünyanın heç bir ölkəsində dikatatorların qələbə qazana bilməyəcəyini dilə gətirib:“Bu mesajlar hər sahədə basqının, təzyiqin olacağı barədə mesajlardır. Amma bunu söyləmək istəyirəm ki, bu, bir başlanğıcdır. Qarşısında başını əyəcək adam axtarırsa, bu biz deyilik. Biz başımız dik yolumuza davam edəcəyik”.

Ərdoğanın tərəfdarlarının onun istefası ilə bağlı məlumat yaydığını deyən CXP sədri “Biz yenə xalqın yanında olacağıq, azadlıqları müdafiə edəcəyik, çünki biz demokratiyanı müdafiə edəcəyik” söyləyib.

Ankara və bir çox yerdə seçkilərlə bağlı etirazlarının olduğunu deyən CXP sədri hüquqşünasların etirazları qiymətləndirdiyini söyləyib.“Əlimdən gələni etdim. Yüzdən çox yerdə mitinq keçirdim. Xalqa izah etdim və yenə də izah edəcəyəm. Onlar yenə mühakimə olunacaqlar. Həyatımda ilk dəfə baş nazirlik kreslosunda oturan adamın bu qədər yalan danışdığına şahid oldum”, - K.Kılıcdaroğlu baş nazir Ərdoğanı sərt tənqid edib.

Partiya sədri “Anadolu” dövlət xəbər agentliyinə də inanmadığını dilə gətirib. O, AKP-nin iqtisadi çətinliklərlə qarşılaşacağını bildirib və qeyd edib ki, hakim partiya bu problemlərlə qarşılaşmadan növbədənkənar seçkilərə gedə bilər. Baş nazirin prezident olmaq iddiasına toxunan K.Kılıcdaroğlu “Dövləti soyan adamdan dövlət başçısı olarmı?” deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR