Bələdiyyə sədrlyinə namizəd öldürüldü - Son dəqiqə
Bizi izləyin

Son dəqiqə

Bələdiyyə sədrlyinə namizəd öldürüldü - Son dəqiqə

Bələdiyyə sədrlyinə namizəd öldürüldü

Publika.Az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Siirt vilayətinin Tillo mahalında Səadət Partiyasından bələdiyyə sədrliyinə namizəd Behmen Aydın evinin qarşısında uğradığı silahlı hücum nəticəsində həyatını itirdi.

Hadisədə 5 adam da yaralanıb.

Xatırladaq ki, Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı ölkənin müxtəlif yerlərində baş vermiş qarşıdurmalar nəticəsində 8 nəfər ölüb, 36 nəfər xəsarət alıb.Publika.Az "Sabah" qəzetinə istinadən məlumat verir ki, Hatay vilayətinin Kırıkhan rayonunda namizədlər arasında yaranan qarşıdurma iki nəfərin ölümü ilə nəticələnib. Hadisə zamanı biri ağır olmaqla 9 nəfər yaralanıb.

Yozqat vilayətinin Türkmənsarılar kəndində iki qrup arasında dava düşüb, 3 nəfər daş və dəyənək zərbələrindən xəsarət alıb.Ərzurumun Əziziyyə rayonunda iki muxtarlığa namizədin yaxınlarının davasında isə 6 nəfər yaralanıb.

Rize vilayətinin Küçükçayır kəndində iki nəfər arasında yaranan mübahisə böyüyərək qarşıdurmaya səbəb olub. Bunu görən polis əməkdaşları tərəfləri ayırmağa çalışıb, insident zamanı bir polis serjantı ayağından güllə yarası alıb.Qaziantep vilayətinin Nizip rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyini irəli sürmüş şəxs və 3 nəfər yaxını seçki məntəqəsindəki mübahisə zamanı yaralanıblar.

Türkiyənin Şanlıurfa vilayətində Karaköprü rayonunda muxtarlığa namizədlər arasında dava düşüb.Məktəbin qarşısında gözləyərək seçicilərdən səs istəyən iki muxtarlığa namizəd bir-birinə bıçaqla hücum ediblər. Qohum olduqları bildirilən namizədlərdən biri ürək, digəri isə qarın nahiyəsindən yaralanıb. Davanın qarşısını almaq istəyən polis əməkdaşı da bıçaq yarası alıb.

Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.Hadisədən sonra məktəbə gələn polislər seçki məntəqəsinə daxil olan bütün seçiciləri yoxlayıblar.

Şanlıurfa vilayətinin Birecik rayonunda isə iki ailə arasında silahlı və dəyənəkli qarşıdurma zamanı 6 nəfər yaralanıb. Hadisə səhər saatlarında rayonun Çiftlik kəndində baş verib. Muxtarlığa namizəd iki nəfər mübahisə ediblər. Namizədlərin ailə üzvləri mübahisəyə qoşulan vaxt tapançadan açılan atəşdən 4 nəfər yaralanıb. İki nəfər isə dəyənək zərbələrindən xəsarət alıb.

Şanlıurfada baş verən qarşıdurmalar zamanı ümumilikdə 6 nəfərin həlak olduğu bildirilir.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm