Kiyev mərkəzində atışma - Üç yaralı
Bizi izləyin

Son dəqiqə

Kiyev mərkəzində atışma - Üç yaralı

Kiyev mərkəzində atışma- üç yaralı

Publika.Az xəbər verir ki, Kiyev polisi bazar ertəsi gecəsi paytaxtda 3 nəfərə güllə xəsarət etməkdə şübhəli bililən kişini saxlayıb."Hüquq-mühafizə orqanları operativcəsinə Kiyevin mərkəzindəki restoranların birinin yaxınlığında güllə atan kişini təyin edib və nəzarətə götürüb. Hazırda təhqiqat prosesi gedir", Ukraynanın Daxili İşlər Nazirliyi bildirib.

Kiyevin mərkəzində baş verən atışma 3 nəfərin yaralanmasına səbəb olub. Bundan sonra, müvəqqəti daxili işlər naziri Arsen Avakov Dnepr mehmanxanasında yerləşən "Sağ sektor"un nümayəndələrini nəzarətə götürmək barədə əmr verib.

Polisin məlumatına görə, atışma Avropa meydanında Bakı vaxtilə saat 21.30-da baş verib.

"Şahidlərin sözlərinə görə, Maydandakı "Mafiya" kafesinin yanında "Sağ sektor"dan birisi güllə atıb. Üç nəfər yaralanıb, ikisinin vəziyyəti ağırdır. Yaralılar arasında Maydan özünümüdafiə qrupunun üzvü, Kiyev Şəhər Administrasiyasının başçısının müavini Boqdan Dubas da var. Atışmanın səbəbləri bəlli deyil. Yaralılar xəstəxanadadır", Avakov "Feysbuk" səhifəsində bildirib.

O bildirib ki, "qanun pozanları saxlamaq və qruplaşmanı bloklamaq" əmri verib."Bütün hüquq-mühafiə orqanları hazır vəziyyətə gətirilib. Bu mənim borcumdur- qanun belə deyir. Sabah isə, sabah mən istefaya da hazıram, mübarizəyə də".

Nazir yazıb ki, "Dnepr" hoteli əhatəyə alınıb. "Təsadüfi ölüm olmamasına çalışırıq. İçəridə qeyri-qanuni silah saxlayanlara silahlarını təhvil vermək təklif edilib", həmçinin fəallara səhərə qədər otel binasını tərk etmək çağırışı edilib.

Avakov "Feysbuk" statusunda qeyd edib ki, fəallar polis nəzarəti altında avtobuslarla şəhər kənarı bazalardan birinə aparılacaq."Düşünürəm ki, gecənin ortasında hansısa həvəslənmiş oğlan uşağı güllə atmayacaq. Problem yaratmış silahlar təhvil verilməlidir".

"Ukrainskaya pravda" qəzeti yazır ki, "Dnepr" hotelində mənzillənən "Sağ sektor" nümayəndələri evakuasiya edilir.Jurnalist Mixaylina Skorik Maydanın özünümüdafiə nümayəndəsi Anatoli Medvedə istinadən bildirib ki, münaqişə çadır qatlama və barikada seçimi zamanı yaranıb."Güllələr döyüş silahından açılıb", jurnalist Skorik "Feysbuk"da yazır.

Bundan əvvəl, "Sağ sektor" nazir Avakovun istefasını istəyib.Ötən həftə parlament binası qarşısında piket təşkil olunub. "Sağ sektor"çular Saşa Beliy kimi tanınan üzvləri Aleksandr Muzıçkonun öldürülməsinə açıqlanıb.

Nazirin istefası ilə yanaşı, hadisənin təhqiqatı və təqsirlilərin cəzalandırılması da istənilib.Parlament Muzıçkonun ölümü ilə bağlı müvəqqəti təhqiqat komissiyası yaradıb.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm