Hərbi hissədə atışma: ölən və yaralananlar var
Bizi izləyin

Son dəqiqə

Hərbi hissədə atışma: ölən və yaralananlar var

Hərbi hissədə atışma: ölən və yaralananlar var

ABŞ-ın Fort Hud hərbi bazasında silahlı toqquşma baş verib. İlkin məlumatlara əsasən, aprelin 2-də, axşam bir nəfər hərbi bazanın ərazisində odlu silahdan ətrafdakılara hücum edəndən sonra atışma başlayıb, nəticədə hücum edən şəxs də daxil olmaqla 4 nəfər həlak olub, yaralananlar var.

Publika.Az “Azadlıq radiosu”na istinadən bildirir ki, xəbər sayta hazırlanan məqamda hadisəni törədən şəxs, faciənin səbəb və detalları haqda rəsmi məlumat açıqlanmamışdı.

Fort Hud hərbi bazası veb saytında yaydığı rəsmi məlumatda atışma baş verdiyini təsdiq edərək, yaralananların olduğunu və təcili yardım əməkdaşlarının hadisə yerinə gəldiyini bildirmiklə kifayətlənir.

Baş verənləri «dəhşətli faciə» adlandıran ABŞ-ın müdafiə naziri Chuck Hagel qısa şərhində ölən və yaralananların olduğunu deyib.

Texas ştatında yerləşən Fort Hud təqribən 5 il əvvəl də oxşar faciə səhnəsinə çevrilmişdi. 2009-cu il noyabrın 5-də bazada işləyən psixiatr Nidal Malik Hassan hərbi məktəbin buraxılış mərasiminə hücum edərək 13 nəfəri öldürmüş, onlarla adamı yaralamışdı.

Prezident Barack Obama da hadisə ilə bağlı dövlət qurumlarının iş apardığını bildirərək, Fort Hudda daha bir faciənin baş verməsindən kədərləndiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm