İtkin düşən təyyarənin sirri haqda yeni xəbər - Video
Bizi izləyin

Son dəqiqə

İtkin düşən təyyarənin sirri haqda yeni xəbər - Video

Təxminən bir ay əvvəl itkin düşən Malaysia Airlines Boeing 777 təyyarəsi sonuncu uçuş zamanı bilərəkdən radarlardan yayına bilərdi. Bu barədə Malayziya hökumətindəki mənbə məlumat verib.

Təxminən bir ay əvvəl itkin düşən Malaysia Airlines Boeing 777 təyyarəsi sonuncu uçuş zamanı bilərəkdən radarlardan yayına bilərdi. Bu barədə Malayziya hökumətindəki mənbə məlumat verib.

Publika.Az CNN-ə istinadən xəbər verir ki, MH320 təyyarəsinin hərəkət ardıcıllığı belə bir şübhə doğurub ki, onu idarə edənlər Malayziyanın radar sistemlərdinən yayınmağa çalışıblar. Bu xəbər hələlik rəsmi təsdiqini tapmayıb. Ümumiyyətlə təyyarənin qalıqları aşkar edilməyənə rəsmilər hər hansı nəticəyə üstünlük verməyə ehtiyyat edirlər. Son bir ayda mükün səbəblər arasında MH370-in heyətinin qəsdən təyyarənin məhv etmə versiyası da səslənib.

Son günlər genişmiqyaslı beynəlxalq axtarışların əldə etdiyi nəticələr təyyarənin tapılmasına ümidlər doğurub. Şənbə günü Hind okeanında Çin gəmisinin tutduğu siqnallar mart ayında yoxa çıxan Malaysian Airlines təyyarəsinin qara yeşiyindən şüalana bilər.

​​Bu haqda aprelin 6-da Avstraliyanın Pert şəhərində keçirilən mətbuat konfransında MH370 təyyarəsinin axtarışına rəhbərlik edən Avstraliya rəsmiləri xəbər veriblər.

Mətbuat konfransında bildirlib ki, Çinə məxsus gəmi Hind okenının cənubunda 2 gün ərzində 2 dəfə zəif siqnal qeydə alıb. Siqnalların bir aya yaxındır axtarılan MH370 təyyarəsinin qara yeşiyindən şüalandığı ehtmal olunur.

“Mən təsdiq edə bilərəm ki, Çin gəmisinin tutduğu siqnallar haqda bizə məlumat verilib, eyni zamanda vurğulamaq istəyirəm ki, bu siqnalların yoxa çıxan təyyarədən qaynaqlandığı hələ təsdiq olunmayıb” - deyə Axtarışların koordinasiyası agentliyinin nümayəndəsi Angus Hнuston bildirib.

Hнuston qeyd edib ki, tam mənzərəni müəyyən etmək üçün Çin rəsmilərindən ətraflı məlumat gözləyirlər. Onun sözlərinə görə, Çin gəmisi 2 dəfə uzunluğu ümumiıikdə 90 saniyəlik siqnallar qeydə alıb. Hər 2 halda siqnalların tezliyi 37,5 kHz tezliyindədir ki, bu da itən təyyarənin qara yeşiyinin siqnal göstəriciləri ilə üst-üstə düşür. Onun sözlərinə görə, 1-ci və 2-ci dəfə siqnalların qeydə alındığı nöqtələr arasında məsafə 2 kilometrdən azdır.

Mətbuat konfransının gedişində xəbər gəldi ki, Avstraliyaya məxsus "Ocean Shield" gəmisi də siqnal tutub. Lakin Houston siqnalın tezliyi və koordinatları haqda hələlik məlumat yoxdur.

Eyni ərazidə yenə də Çinə məxsus axtarış təyyarəsi suyun səthində üzən obyektlər müşahidə edib. Houstonun sözlərinə görə, həmin yerdə okeanın dərinliyi 4 min metrdən artıqdır, belə dərinlikdən nəyinsə çıxarılması çox mürəkkəbdir.

Avstraliyanın yaratdığı birgə axtarış mərkəzinin saytında bildirlir ki, bazar günü Malaysia Airlines şirkətinin MH370 təyyarəsinin axtarışına 10-a qədər hərbi, 2 mülki təyyarə və 13 gəmi cəlb olunub.

"Reys 370 Malayziyanın hərbi radarının ekranından itəndən sonra İndoneziyanın hava məkanı ərazisindən uçub. Təyyarə radiolokasiya stansiyaları tərəfindən aşkar olunmamaq üçün bilərəkdən belə marşrut seçə bilərdi", - telekanalın məlumatında deyilir.

Bu məlumatlar təyyarənin itməsi sirrini tapmağa çalışan ekspertlərin mülahizələrinə əsaslanır, RİA Novosti yazır.

Xüsusilə, bir sıra ölkələrin radar məlumatlarının işlənməsindən sonra mütəxəssislər belə qənaətə gəliblər ki, itkin düşən təyyarə əvvəlcə İndoneziyanın şimal hissəsi ərazisində uçub, sonra isə cənuba Hind okeanına doğru dönüş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm