Yanğın xəbəri təkzib edildi - Yenilənib
Bizi izləyin

Son dəqiqə

Yanğın xəbəri təkzib edildi - Yenilənib

Heydər Əliyev Mərkəzində yanğın olması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Heydər Əliyev Mərkəzinin ictimatiyyətlə əlaqələr departamentinin rəhbəri Gülşən Əliyevanın verdiyi məlumata görə, bayram günləri ilə əlaqədar qeyri-iş günü olduğu nəzərə alınaraq Heydər Əliyev Mərkəzində təlimlər keçirilib. Qrafikə uyğun olaraq iyulun 27 və 28-də fövqəladə hallar və təhlükəsizlik qüvvələrinin təlimi təyin edilib.

Buna uyğun olaraq da Mərkəzdə təlimlər keçirilib.

21:54

Heydər Əliyev Mərkəzi yanır.

ANS PRESS-in məlumatına görə, mərkəzin binasında çıxan yanğının söndürülməsinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin 112 xidmətindən ANS PRESS-ə verilən açıqlamada bildirildi ki, yanğını hələlik söndürmək mümkün olmayıb: "Hazırda orada iş gedir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm