Açılış edən Putin prezidentlərlə görüşə gedir – Son dəqiqə
Bizi izləyin

Son dəqiqə

Açılış edən Putin prezidentlərlə görüşə gedir – Son dəqiqə

Rusiya Prezidenti Vladimir Putinin bu günə tərtib olunmuş proqramı üzrə hazırda Soçi şəhərində keçirilməsi planlaşdırılan sambo üzrə “Platforma S-70” turnirinin keçirildiyi idman zalına, həm də Azərbaycan və Ermənistan prezidentləri ilə görüşə gedir.

Publika.az-ın İTAR TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bir neçə dəqiqə bundan öncə Rusiya dövlət başçısı telekörpü-onlayn rejimində Karsk dənizindəki “West Alpha” platformasındakı kəşfiyyat-qazma stansiyasının açılışına start verib.

Qeyd olunduğu kimi, bundan sonra o, idman sarayına istiqamət alacaq.

Xatırladaq ki, bu gün Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşü nəzərdə tutulub, sabah isə üçtərəfli görüş olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm