Baş nazir istefa verdi - Son dəqiqə
Bizi izləyin

Son dəqiqə

Baş nazir istefa verdi - Son dəqiqə

İraq Dövlət Televiziyası Baş nazir Nuri Əl-Malikinin istefa verdiyini bildirib.

Axar.az xəbər verir ki, İraq Prezidenti Fuad Masum Məclis spikerinin müavini Heydər Əl-Abadiyə hökuməti qurmaq tapşırığını verdikdən sonra Maliki bu addımı atıb.

Maliki onun haqqında hər hansı bir iddia açılmaması və siyasətlə məşğul olmasına icazə verilməsi şərti ilə vəzifəni Heydər Əl-Abadiyə verməyə razı olub.

İraq televiziyasına verdiyi açıqlamada Maliki “İraqın bütövlüyü və sabitliyinin qorunması üçün Baş nazirliyə namizəd Heydər Əl-Abadi lehinə namizədliyimi geri götürürəm”, - deyə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm