İran İraqa qoşun yeritdi – Son dəqiqə
Bizi izləyin

Son dəqiqə

İran İraqa qoşun yeritdi – Son dəqiqə

İŞİD-in İraqın şiə bölgələrinə üz tutması İranı hərəkətə gətirib.

Axar.az xəbər verir ki, İran şiə bölgələrini terrorçulardan mühafizə etmək üçün sözügedən ərazilərə qoşun yeridib.

ABŞ və İraq ordusunun birgə əməliyyatlarından sonra kürd bölgələrindən sıxışdırılıb çıxarılan terrorçular İraqın şiələr və türkmanlar yaşadığı ərazilərə üz tutduğundan İran bu gecə sübh çağı rəsmi olaraq İraqın Hanəkin vilayətinə qoşun yeridib. Bölgəyə zirehli qoşun birləşmələri göndərən İran rəsmiləri bu addımın şiə əhalisinin təhlükəsizliyini təmin edilməsi üçün atıldığını bildirib.

Xatırladaq ki, 81-ci ordu ilə İraqa girən İran silahlı qüvvələri İŞİD-ə qarşı mübarizə üçün İraqa 130 pilotunu göndərmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm