Luqanskda qanlı döyüş: terrorçular məhv edildi - Son dəqiqə
Bizi izləyin

Son dəqiqə

Luqanskda qanlı döyüş: terrorçular məhv edildi - Son dəqiqə

Ukraynanın Luqansk vilayətində bu dəqiqələrdə qanlı döyüşlər gedir və hərbçilər terrorçuların "Duvanskaya" şaxta kompleksi yaxınlığındakı bazasını məhv ediblər.

Axar.az xəbər verir ki, bu barədə "Unian" informasiya agentliyinə son durumu şərh edərkən "Sağ və sağdan" hərəkatının rəhbəri Dmitri Sneqirov deyib. Onun sözlərinə görə, məlumatı yerli sakinlərdən və rəhbəri olduğu ictimai qurumun fəallarından alıb. Sneqirov deyib ki, Ukrayna qırıcı təyyarələrinin hava zərbələrindən sonra terrorçuların bazası yerlə yeksan edilib.

O, həmçinin Ukrayna vaxtı ilə saat 21:00-a olan son məlumata aydınlıq gətirərkən Luqanskda şiddətli döyüşlərin getdiyini, mərkəzi bazarda və Lenin rayonu icra nümayəndəliyi binasında güclü yanğın olduğunu diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm