Merkel Putindən izahat istədi - Son dəqiqə
Bizi izləyin

Son dəqiqə

Merkel Putindən izahat istədi - Son dəqiqə

Almaniya kansleri Angela Merkel rus xüsusi təyinatlılarının Ukraynanın şərqində görünməsinə görə Rusiya Prezidenti Vladimir Putindən izahat istəyib.

Publika.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi xəbər yayıb. Məlumatda deyilir ki, Merkelin rəsmi təmsilçisi Şteffan Zayberq bir qədər öncə saxlanılan rusiyalı desantlara görə Kremlin cavab verməsinin vacib olduğunu dilə gətirib.

Kanslerin adından çıxış edən Zayberq Ukraynada baş verənlərə görə Rusiyanın məsuliyyət daşıdığını bəyan edib. O, Rusiyanın yalnız sərhədləri çərçivəsində hərəkətinin məqsədə müvafiq olduğunu xatırladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm