Türkiyənin qırıcısı qəzaya uğradı
Bizi izləyin

Son dəqiqə

Türkiyənin qırıcısı qəzaya uğradı

Türkiyənin F-16D tipli döyüş təyyarəsi qəzaya uğrayıb. Bizimyol.info xəbər verir ki, qəza bu gün Türkiyə vaxtı ilə saat 17.10 radələrində baş verib.

Təlim uçuşu üçün havaya qalxan F-16D tipli döyüş təyyarəsi, enən zaman texniki nasazlıq baş verib. Təyyarədəki 2 pilot atma kreslosunu istifadə edərək xilas olaraq paraşütlə tullanmağa nail olublar.

Hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb edilib. Qəza səbəbiylə Diyarbakir Hava Limanı digər uçuşlar üçün bağlı elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm