Xırda qəpik götürməmək cinayət sayılacaq – XƏBƏRDARLIQ
Bizi izləyin

Sosial

Xırda qəpik götürməmək cinayət sayılacaq – XƏBƏRDARLIQ

"Xırda qəpiklərə hörmətsizlik edən cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

"Xırda qəpiklərə hörmətsizlik edən cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas deputat Tahir Kərimli deyib.

“Bu gün 3-5 qəpiklərin gündəlik həyatımızda istifadəsində açıq şəkildə imtina edilməsi və buna birbaşa olaraq sahibkarların şərait yaratması açıq şəkildə cinayət faktıdır.

Belə hallara qarşı mübarizə aparılmalı və günahkarlar mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Həm Cinayət Məcəlləsində, həm də inzibati hüquqpozmalar qanununda Azərbaycan Respublikasının dövlət rəmzlərinə qarşı hörmətsizliyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Dövlət rəmzlərinə hörmətsizlik faktında cinayət tərkibi böyük olanda, bu, Cinayət Məcəlləsi ilə, xırda hüquqpozma olduqda isə inzibati hüquqpozmalar qanunu ilə tənzimlənir”.

Deputat hesab edir ki, xırda qəpiklərin istifadəsinə maneə törədən sahibkarlara qarşı ciddi addımlar atılmalıdır:

“Bu sahədə xüsusi nəzarət orqanları var. Həmin orqanlar qəpiklərin istifadəsi ilə bağlı hüquqpozmaları şikayət olmazdan öncə araşdırmalıdır. Məsələn, avtoparklardakı aparatlarda, iri supermaketlər şəbəkəsində bu gün xırda 3-5 qəpiklərə hörmətsizlik daha çox nəzərə çarpır.

Bu sahibkarlıq subyektləri ciddi nəzarətə götürülməlidir. Axı nəyə görə pul qazandıqları halda, dövlət atributuna qarşı bu cür hörmətsizlik edilməlidir?

Qəpik milli pul vahidi kimi dövlətin suverenliyinin əsasıdır. Qəpik də dövlətin bayrağı, gerbi, himni kimi qorunmalı və heç bir hörmətsizliyə məruz qalmamalıdır.

Milli pul vahidinə, qəpiklərə qarşı bu cür hörmətsizlik, eyni zamanda ciddi şəkildə ictimai qınaq da yaratmalıdır. Amma təəssüf ki, bu cür ictimai qınaq hələ də azdır. Hamı gözəl bilir ki, bu gün iri supermarketlər şəbəkəsində və avtoparkların əksəriyyəti məmurların, hüquqi şəxslərindir.

İlk növbədə cinayət məsuliyyətinə hüquqi şəxslər cəlb olunmalıdır. Çünki bu gün hüquqi şəxslər barəsində maliyyə sanksiyaları daha çox olduğu üçün, onlar bu sanksiyalarla cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Bu məsələ mütləq Milli Məclisdə ciddi şəkildə qaldırılmalıdır. Qəpiklərə qarşı bu cür hörmətsizlik parlamentin komitə və plenar iclaslarında da müzakirəyə çıxarılmalıdır. Çünki pula hörmətsizlik heç vaxt başucalılığı gətirməyəcək”. (modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm