Sosial
"Məni hər gün zorlayır, özü də döyə-döyə..." - Evdən qaçan qadının dediklərindən...
...“Qadın döyülüb-söyüldüyü üçün evi tərk etməməlidir”, - sığıncaqdakı qadınlara etiraz edir. Amma özü də sığınacağa pənah gətirib. Artıq 1 aydır ki, 4 yaşlı oğlu ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qalır. Kimi paltar, kimi də ayaqqabı verib.
Müsahibə vermək təklifinə tərəddüdlə razılaşır. “Gedək, təklikdə söhbət edək, kimsə bizi eşitməsin”, - cavab gözləmədən otağa girib qapını bağlayır.
Beləliklə, onunla söhbətləşirik. Sığınacağın yeni sakinlərindən
biri - 26 yaşlı Səadət Əliyevanı evdən qaçıran səbəblərdən
danışırıq.
- Sığınacaqdakı qadınları dinləyirəm, hərənin bir dərdi var.
Qadınların çoxu döyüldüyü üçün evi tərk edib. Onları qınamıram da.
İnsanın başına gəlməyənədək başqasını anlaya bilməz. Mən o qədər
döyülmüşəm ki, daha ağrı-acıya alışmışam. Bəzən başımı divara
çırpıb, boğub, saçımdan tutub yerləri sürüyüb. Adam hər gün
döyüləndə bir az daha bərkiyir. Hər gün özümü alışdırırdım, bir-iki
təpik, şillə, ölməyəcəm deyirdim.
- Döyüldüyün üçün evi tərk etməmisən?
- Yox, döymək, söyülmək bizim ailədə adi hala çevrilib. Biri var,
hansısa səbəb olsun, kişini hirsləndirəcək hərəkətlər edəsən. Biri
də var ki, niyə döyüldüyünü bilməyəsən. Yəni bizdə vəziyyət
fərqlidir. Mən onunla ehtiyatla rəftar edirəm, çalışıram ki, heç
bir sözündən çıxmayım. Bəzən məni cəzalandırmaq üçün evə heç nə
almır, uşaq da ac qalır. Sonuncu dəfə dedim ki, uşağa geyindirməyə
heç nə yoxdur, icazə ver, heç olmasa, anamgildən borc istəyim. Amma
icazə vermədi. Keçən dəfə evdən qaçarkən yoldakı mağazaların
birində satıcının yazığı gəldi, uşağa ayaqqabı verdi. Hər dəfə mən
evdən qaçıram, bizi tapır, dəyişəcəyinə söz verir. Amma heç nə
dəyişmir. Kirayə evdə yaşayasan, çölə çıxmayasan, qapını heç kim
açmaya. Nə atam, nə də bir qohumum evimizə gələ bilmir. Öz ailəsi
də onu görmək istəmir. Nə qədər belə vəziyyətdə yaşamaq olar?
Ata-anasına şikayət edirəm, deyirlər ki, o birinci ailəsinə də zülm
edib, tanımadan ərə gəlməyəydin. Heç kim onun işinə qarışa bilmir.
Amma hər dəfə gedib-qayıdanda bəlkə bir ümid var deyirəm. Hər dəfə
də bir az daha ümidim ölür. Görürəm ki, artıq yolum yoxdur.
- Əvvəl də evdən qaçmısan.
- Hə, bir neçə dəfə evdən qaçmışam. Bir dəfə məni lüt soyundurub
küçəyə qovdu. Divarın dibinə çöməlib oturdum. Yalvardım ki, heç
olmasa üstümü örtməyə bir şey versin. Kimsə məni o vəziyyətdə
görsəydi, heç nəyə baxmadan özümü öldürəcəkdim. Soyuq hava, yağış
yağır, gizlənməyə yer axtrırdım. Sonra dedi ki, sənin namusunu
sınayırdım. Bilmək istəyirdim ki, mənə sədaqətli olacaqsan, ya yox.
Lüt arvadını küçəyə qovan adam səndən sədaqət tələb edir. Həmin
günün səhəri onunla barışdım. Yemək bişirdim, çalışdım ki, heç
nədən şübhələnməsin. Sonra evdən qaçdım. Bilirsiniz, dərdimi deməyə
heç kimim yoxdur. Ata-anama da pənah apara bilmirəm, həyat yoldaşım
onları öldürəcəyi ilə hədələyir. Onlarda məni qorumağa cəsarət
yoxdur. Burada yalnız Mehriban Zeynalova, bir də psixoloqla danışa
bilirəm.
- Bəs o işgəncədən sonra niyə təkrar onun yanına
qayıtdın?
- Başqa əlacım olmadı. Heç yerdə iş tapa bilmədim, nə qədər
sığınacaqda qalmaq olar? Məni zorla evə apardı. Söz verdi ki,
əvvəlki kimi olmayacaq. Amma səhəri gün məni döydü, başımı divara o
qədər vurmuşdu ki, bir həftə gözümü aça bilmədim. 7 ay birtəhər
yaşadıq, təkrar evdən qaçmağa məcbur oldum. Hər şeyə dözə bilirəm,
təkcə bu hərəkətinə yox...
- Nəyə?
- Hər gün məni zorlayır, özü də döyə-döyə... Etiraz etməyə imkanım
yoxdur. Həkim sonuncu dəfə dedi ki, əməliyyata ehtiyacın var. Belə
davam etmək olmaz. Yenə də xeyri yoxdur. Yəni bunu, onun
vəhşiliyini kimə deyə bilərəm? Yalnız Mehriban xanımla danışıram.
Döyülməyə, söyülməyə razıyam. Amma hər gün eyni işgəncəyə dözmək
olmur. Gecə o yatandan sonra evdən qaçmışam, ayağıma ayaqqabı
geyinməyə qorxdum. Nə özümə, nə də uşağa paltar götürməmişəm. Burda
hərə bir paltar verib. Amma soyuq olanda geyməyə paltarımız,
ayaqqabı yoxdur. Bundan sonra vəziyyətimiz necə olacaq, onu da
bimirəm. Dilənməklə, ondan-bundan paltar almaqla yaşamaq mümkün
deyil. Uşaq meyvə istəyir, oynamaq, oyuncaq istəyir. Sığınacağa
gələn hər kəsin qucağına qaçır, digər uşaqların əlindəki
oyuncaqlara elə həsrətlə baxır ki... Siz çarəsiz qalmağın nə
olduğunu bilirsinizmi? Bunu yaşamayan anlaya bilməz. Uşağına hər
konfet verənə minnətdar olmaq bilirsiniz nə deməkdir? İndi bura
gətirilən yardımlara gözümüzü dikmişik. Gözləyirik ki, kimsə geymək
istəmədiyi paltarlardan bizə gətirəcək. Belə yaşmaq çox
çətindir.
Bəli, sığıncaqdakı qadınları evdən qaçmağa məcbur edən səbəblər müxtəlifdir. Amma hamısı çarəsiz durumdadır. Onların isti paltara, ərzağa ehtiyacı var... (virtualaz.org)
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır