"Qanun"a oğru girdi - FOTO
Bizi izləyin

Sosial

"Qanun"a oğru girdi - FOTO

«Qanun» Nəşrlər Evi qarət olunub. Publika.az xəbər verir ki, bu barədə nəşriyyatın rəhbəri Şahbaz Xudoğlu «Facebook» səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, hadisə bu gecə baş verib.

"Tezdən qara xəbər gəldi ki, deyəsən nəşriyyata oğru girib. «Qanun»un əsas qapısı açılmış, mühasibatlığın qıfılı sındırılmışdı, şkaflar ələk-vələk edilmişdi. Ən üst mərtəbənin banından tavan dağıdılmış, “Əli və Nino”nun seyfi yarılmışdı. Eyni mərtəbədə olan başqa bir otağın əşyaları dağıdılmışdı. Daha bir qapıya lom salınmışdı. Bir sözlə, nəşriyyatın binasını gecə uzunu yaxşıca yağmalamışdılar.

İşçilər gəldilər, polisləri çağırdıq, bəlli oldu ki, bizim kassadan 3 mindən çox pul aparılıb, “Əli və Nino”dan isə 213 manat 20 qəpik. Kameralara baxdıq, iki maskalı şəxsin görüntüsü var idi. Tarixə baxdıq - 27 sentyabr. Düz bir il əvvəl eyni gündə, eyni hadisə baş vermişdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm