Göygöldə avtomobil aşıb
Bizi izləyin

Sosial

Göygöldə avtomobil aşıb

Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Göygöl-Toğanalı avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin idarəetməni itirərək dərəyə aşması nəticəsində sərnişin, 1961-ci il təvəllüdlü Vahid Ələsgərov müxtəlif bədən xəsarətləri alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. V. Ələsgərova dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm