Sabah bəzi rayonlarda qaz olmayacaq - - SİYAHI
Bizi izləyin

Sosial

Sabah bəzi rayonlarda qaz olmayacaq - - SİYAHI

Abşeron, Ağdaş, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Abşeron, Ağdaş, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Publika.az SOCAR-ın saytına istinadən xəbər verir ki, sentyabrın 30-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Novxanı”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Qaradəmirçi” və Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Abşeron rayonunun Novxanı qəsəbəsinin, həmçinin Şəmkir rayonunun Dəllər, Zəyir və Cırdaxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Şəmkir şəhərinin, eləcə də Bərdə və Oğuz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm