Taksi fəaliyyətinə görə lisenziya tələb olunmur
Bizi izləyin

Sosial

Taksi fəaliyyətinə görə lisenziya tələb olunmur

İqtisadiyyat Nazirliyi taksi fəaliyyəti üçün lisenziyanın tələb olunması barədə yayılan məlumatlara aydınlıq gətirib.

İqtisadiyyat Nazirliyi taksi fəaliyyəti üçün lisenziyanın tələb olunması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Fərmanına və "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli qanuna əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub.

Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli Qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödənilməsi ilə bağlı Bakı şəhəri üzrə Bakı Nəqliyyat Agentliyindən, ölkənin digər ərazisində isə Nəqliyyat Nazirliyindən "Fərqlənmə nişanı" almalıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm