Sosial
16 yaşlı məktəbli niyə intihar etdi? - ŞOK TƏFƏRRÜATLAR
"Yaxşı, sakit uşaq idi, amma çox dərdi
vardı…"
Dünən axşam Yeni Yasamal, D.Bünyadzadə küçəsi 12, mənzil 178
ünvanında özünü asan 16 yaşlı Taleh məktəb dostlarının xatirəsində
belə qalıb.
Taleh Valeh oğlu Atakişiyev Bakı şəhəri Yasamal rayonu, 53 saylı
orta məktəbin XI sinif şagirdi olub. İntihar etməsəydi, bu il məzun
olacaqdı...
İntihar edən gəncin bu qısa həyatına sığışdıra bildiyi problemləri
ürək ağrısız oxumaq mümkün deyil.
Lent.az-ın müxbiri Talehin müəllimləri ilə söhbətində onun həyatı
barədə bəzi məlumatları əldə edə bilib.
"Atası Valeh kişi 2 il əvvəl qida borusu xərçəngindən dünyasını
dəyişib. Anası tatardır. Talehin valideynləri o uşaq olanda
boşanıblar. Uşaq o vaxtdan atası ilə qalırmış. Atası iki il əvvəl
dünyasını dəyişəndən sonra onu bibisi yanında saxlayır.
Taleh atasını itirib, anasız da qalmasın deyə bibisi onun anasını
tapıb gətirir. Ancaq qadın içkiyə qurşandığı üçün Taleh onunla
yaşaya bilmir və qadın yenə də çıxıb gedir, o gedən bu gedən… "Hələ
də oğlunun ölümündən xəbərsizdir".
Bunları Talehin 10 il 29 gün təhsil aldığı 53 saylı orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini Münəvvər Yusubova
danışır. M.Yusubova həm də Talehin rəsmxətt müəllimi olub. Onun
dediyinə görə, atasının sağlığında Taleh çox intizamlı uşaq olub.
Həm mənəvi, həm də maddi cəhətdən problemsiz görünürdü. Amma…
Münəvvər Yusubova danışır: “Atası iki il əvvəl birdən-birə xəstə
düşdü. Mənə zəng etdi ki, Talehə icazə verin, qalsın evdə, iki gün
boğazıma su töksün. İki gün sonra Taleh zəng vurub dedi ki, atam
rəhmətə getdi..."
2014-cü ildə atasını itirdikdən sonra Talehin çətin günləri
başlayır. Hətta evdə yemək tapa bilməməsi barədə də müəlliminə
şikayətlənibmiş. Getdikcə sıxıntıları artan Talehin bu il məktəbli
forması almağa belə pulu olmayıb: "Köhnə bir köynək-şalvarı var
idi, onunla dərsə gəlib-gedirdi. Səhər məktəbin qarşısında sıradan
çıxarmasınlar deyə, saat 7-dən gəlib otururdu sinifdə. Baxan yox
idi ona. Axır vaxtlar çox arıqlamışdı, üst-başı baxımsız idi. Sakit
uşaq idi. Düzdür, yaxşı oxumurdu, amma hər gün dərsə gələrdi. Bir
mənfi cəhəti var idi ki, siqaret çəkirdi. Heç kimlə problemini
bölüşməsə də belə yaxın dostları onun dərdli olduğunu indi də deyib
ağlayırlar…"
16 yaşlı Taleh bu gün Kürdəmirdə - 2 ildir ayrı qaldığı atasının
yanında dəfn olunacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də Lent.az-ın sorğusuna cavab
olaraq bildirilmişdi ki, Taleh Atakişiyev dərsə davamiyyəti ilə
fərqlənən və orta qiymətlərlə oxuyan şagird olub.
Yasamal rayon prokurorluqdan verilən məlumata görə, faktla bağlı
cinayət işi açılıb , istintaq aparılır.
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq